Gladyo Karakterler

Körfəz Müharibəsi zamanı dünyanın dörd bir tərəfindən gəlmiş muzdlu əsgərlərin bəziləri regionun zənginliklərini ələ keçirmək məqsədiylə cinayət əməllərinə cəlb olunmuşdular. Orada məşğul olduqları çirkin biznes sayəsində böyük var dövlət qazanmış və bir müddət sonra böyük cinayət təşkilatına çevrilmişdilər.

Bu təşkilatların arasında ən güclü təşkilat olan Qladyo yaratdıqları peşəkar komandanın sayəsində bir çox ölkələrdə işləməyə başlamışdı. Onları digər təşkilarlardan fərqləndirən əsas xüsusiyyət həyata keçirdikləri uğurlu döyüş stratergiyaları idi.

Qladyonun regional direktoru İvan Türkiyədə kəşfiyyat xidmətlərinin əməliyyatlarında başçılıq edirdi.

Qladyonun keçirdiyi əməliyyatları üzə çıxaran və heç bir iz buraxmadan yoxa çıxan Türk cəsusunu öldürmək onun şəxsi məsələsinə çevrilmişdi. Nəhayət onlar Türkün olduğu yeri tapdılar, əməliyyat başa çatmışdı, amma öldüyünü düşündükləri Dəmir Qladyonun planlarına mane olmağa başlamışdı. Artıq bundan sonra oyunun adı Zula idi.

page-cover