Pablo Aka "El Patron"

Pablo Aka 'El Patron'

Kolumbiyanın Rioneqro şəhərində anadan olub. Kolumbiyanın şəhərətrafı məhəllələrində böyüyüb boya-başa çatan Pablo kriminal dünya ilə uşaq yaşlarında tanış olmuşdu. O, kriminal karyerasına əvvəlcə oğurluq, sonra isə qaçaqmalçılıqla davam etmişdi. Şöhrətpərəstliyi və qəddarlığı ilə qısa zaman kəsiyində cinayət aləmində zirvələrə yüksəldi və Kolumbiyanın ən böyük kriminal kartellərdən birinə rəhbər keçə bildi. Onlar artıq onu Patron çağırırdılar. Bir müddət sonra o, kriminal imperiyada hər kəslə konflikt yaşamağa başladı. Artıq həyata keçirilməli olan əməliyyatı öyrənmiş Pablo bir neçə il CİA-də bir yerdə xidmət.keçdiyi Deyvid Kinqin yanına getdi Deyvidin köməkliyi ilə Kolumbİyadan qaçan Pablo Qladyo ilə tanış oldu. O artıq geri qayıda bilməzdi, çünki rəqibləri bir vaxtlar sahib olduğu hər şeyi ələ keçirmidilər. Patronun öz bacarıqlarını gəlirə çevirə biləcəyi yeganə vasitə Qladyoya qoşulmaq idi.

character-image
page-cover