Shahram Shams

Tehranda doğulub. Haqqında çox az məlumat var. Küçələrin adamı olsa da sahib olduğu zəkasına və xarizmasına görə hər tərəfdə qəbul olunurdu. Şahram öz yaxın dostları ilə birlikdə Orta Şərqdəki gərginliyi artıran qrupun izinə düşmüşdü. Nəhayət Qladyonun izinə düşə bilmiş və onların radar bazasına hücum etmişdi. Baza onların gözlədiyindən daha yaxşı qorunmuşdu. Döyüşdə bütün dostlarını itirmiş, özü isə ağır yaralanmışdı. Eyni bazada əməliyyat təşkil edən Zula komandası Şahramı ağır yaralı vəziyyətdə tapdılar. Bir neçə gün sonra Şahramın huşu yerinə gəldi və o, Zeynəbdən Qladyo barəsində həqiqətləri öyrəndi. Şahram dostlarının öldüyünü eşidib bərk kədərləndi. Qladyodan qisas alacağına and içdi və onun həyatını xilas etmiş Zula Komandasına qoşuldu.

character-image
page-cover